Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106572
az

Üç ərəb ölkəsi İsrailin İrana zərbə endirməsindən narahatdır

17:3819 Aprel, 2024
85
DÜNYA
  • A

Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri İsrailin İrana cavab zərbələri endirməsindən narahatdır.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Misir Xarici İşlər Nazirliyi “İsrail və İran arasında qarşılıqlı eskalasiyanın davam etməsindən ciddi narahatlığını” ifadə edərək, münaqişə tərəflərini qarşılıqlı təmkinli olmağa və beynəlxalq hüquqa riayət etməyə çağırıb.

 

İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi də İsrail və İran arasında gərginliyin dayandırılmasının vacibliyindən danışıb.

 

Bundan əlavə, o, Qəzza zolağında münaqişəyə son qoymaq səylərinin vacibliyini və əhəmiyyətini vurğulayıb.

 

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi bölgədəki gərginlikdən narahat olduğunu qeyd edərək, İsrail və İranı təmkinli olmağa çağırıb.

Aprelin 19-na keçən gecə İsrail İran ərazisinə hücum edib. Bu barədə ABC News amerikalı məmura istinadən məlumat yayıb. CNN-in məlumatına görə, İsrail hərbçiləri İrandakı partlayışlarla bağlı açıqlama verməyib və “hələlik bu mövzu ilə bağlı heç bir şərhlərinin olmadığını” bildiriblər.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb