Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106554
az

Tbilisidəki aksiyada polislər yaralanıb

16:1219 Aprel, 2024
36
DÜNYA
  • A

Tbilisidə üç gün ərzində “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı keçirilən etiraz aksiyalarında 5 polis xəsarət alıb. 


Oxu24.com xəbər verir ki, bu barədə məlumatı parlamentdə çıxışı zamanı Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri açıqlayıb. 


Onun sözlərinə görə, polislər aksiyalarda etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurma zamanı yaralanıblar. Onlardan ikisi ağır travma alıb. 


Bildirilir ki, ümumilikdə aksiyalar zamanı 40 nümayişçi saxlanılıb. 


Qomelauri, həmçinin qeyd edib ki, aksiya iştirakçıları aprelin 17-də Tbilisidə basqın edərək Hökumət evini ələ keçirməyi planlaşdırıb.


Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyacağını açıqlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb