Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106529
az

İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA

13:1419 Aprel, 2024
135
DÜNYA
  • A

“İranın nüvə obyektlərinə zərər dəyməyib”.


Oxu24.com xəbər verir ki, bu barədə məlumatı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) öz “X” hesabında açıqlayıb. 


“AEBA İranın nüvə obyektlərinə zərər dəymədiyini təsdiq edə bilər. Agentliyin Baş direktoru Rafael Qrossi hər kəsi maksimum təmkin nümayiş etdirməyə çağırmağa davam edir və bir daha bildirir ki, nüvə obyektləri heç vaxt hərbi münaqişələrdə hədəf olmamalıdır. AEBA vəziyyəti diqqətlə izləyir”, - deyə paylaşımda qeyd olunub. 


Xatırladaq ki, bu gün dünya mediasında İsrailin İrana raket zərbəsi endirdiyi barədə məlumat yayılıb. Kəhcəvaristan şəhərində partlayış olduğu bildirilib. Sözügedən şəhərin yaxınlığında isə hava limanı və İran Hərbi Hava Qüvvələrinin bazası yerləşir. Adı açıqlanmayan iranlı məmurlar ölkə ərazisinə raket zərbəsinin endirilmədiyini, qeydə alınan partlayışların İranın Hava Hücumundan Müdafiə vasitələrinin işinin nəticəsi olduğunu qeyd ediblər. Daha sonra isə “CNN” İranın nüvə obyektlərinin İsrail zərbələrinin hədəfi olmadığı barədə məlumat yayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağ Ev ABŞ-ın Çinlə müharibə istəmədiyini bildirib
Ağ Ev müharibənin olmamasını qürur mənbəyi adlandırıb
Bitkoin 90 min dollardan aşağı düşüb

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir