Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106493
az

Polşada Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən şəxs saxlanıldı

21:4718 Aprel, 2024
95
DÜNYA
  • A

Ukrayna hüquq-mühafizə orqanları polşalı həmkarları ilə birlikdə Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən Polşa vətəndaşını saxlayıb.

Bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti və Baş Prokurorluğu məlumat yayıb.

Müstəntiqlərin fikrincə, şübhəli öz təşəbbüsü ilə Rusiya Silahlı Qüvvələrinin komandanlığının nümayəndələri ilə əlaqə yaradıb və Rusiya hərbi kəşfiyyatı üçün işləməyə hazır olduğunu bildirib. Onun vəzifəsinin Polşanın Jeşuf-Yasionka hava limanının təhlükəsizliyi haqqında məlumat toplamaq və ötürmək olduğu güman edilir.

“Bu, xüsusilə Rusiya xüsusi xidmət orqanlarına Zelenskinin (Ukrayna Prezidenti Volodimir - red.) bu ölkədə olduğu müddətdə həyatına mümkün sui-qəsdi planlaşdırmağa kömək etməli idi”, - Ukrayna prokurorluğunun bəyanatında deyilir.

Polşa prokurorluğu saxlanılan şəxsi Polşaya qarşı xarici kəşfiyyatın maraqlarına uyğun hərəkət etməyə hazır olmaqda ittiham edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


ABŞ Azərbaycana daha 6 minaaxtaran it göndərdi -FOTO/YENİLƏNDİ

Dünyanı "koronavirus kabusu"na bürüyən bu məməlilər olub -ŞOK ARAŞDIRMA
Netanyahu xalqa müraciət etdi


Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" -FOTO/VİDEO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb
Bu şəxslər vərəmə meyilli olurlar
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı