Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106449
az

Zurabaşvili bu qanuna veto qoydu

16:0118 Aprel, 2024
43
DÜNYA
  • A

Gürcüstan Prezidenti Salome Zurabaşvili parlament seçkisində qadınlar üçün kvotaları ləğv edən qanunu imzalamaqdan imtina edib.

 

Oxu24.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

 

“Seçki məcəlləsinə gender kvotası ilə bağlı dəyişikliklərlə əlaqədar veto almışıq. Bunu Hüquq məsələləri komitəsinə verəcəyik, qurum da bu məsələyə baxacaq və yalnız bundan sonra plenar iclasa çıxaracağıq”, - Papuaşvili bildirib.

 

Parlament prezidentin vetosunu ləğv edərsə, qanun imzalanmaq üçün yenidən prezidentə göndəriləcək. Zurabişvili qanunu ikinci dəfə imzalamaqdan imtina edərsə, o zaman parlamentin spikeri onu imzalayacaq və bundan sonra qanun qüvvəyə minəcək.

 

Qeyd edək ki, aprelin 4-də Gürcüstan parlamenti qadınlar üçün kvotaları ləğv edən qanunu təsdiqləyib. Gürcüstan Seçki Məcəlləsinin hazırkı maddəsinə əsasən, parlament seçkilərində iştirak edən siyasi qüvvələrin siyahılarında deputatlığa namizədlərdən hər dördündən ən azı biri qadın olmalıdır. Qanun layihəsinin təşəbbüskarlarının fikrincə, qanunvericilikdə kvotanın olması ölkədə qadınların sıxışdırıldığını göstərir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əbu-Dabi Moskva ilə əlaqələrə görə təzyiq altındadır
Kolumbiya mayın 2-də İsraillə əlaqələri kəsəcək
Moldova müxalifət partiyasının üzvü Kişinyov hava limanında üç saat saxlanılıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ