Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105926
az

Almaniya bu il 279 Azərbaycan vətəndaşının sığınacaq istəyinə mənfi cavab verib

13:5810 Aprel, 2024
125
DÜNYA
  • A

Bu ilin ilk üç ayı ərzində 528 Azərbaycan vətəndaşı Almaniyaya gələrək sığınacaq istəyib.

 

Bu barədə  Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.

Qeyd olunub ki, həmin dövrdə 395 Azərbaycan vətəndaşının müraciətinə baxılıb. Onlardan yalnız 3,8%-i qaçqın kimi tanınaraq, Almaniyada yaşamaq icazəsi alıb. 101 iş üzrə prosessual tamamlamalar barədə qərar qəbul edilib.

Federal idarədən bildirilib ki, yanvar-mart ayları ərzində ümumilikdə 279 Azərbaycan vətəndaşının qaçqın statusu almaqla bağlı müraciətinə mənfi cavab verilib. Onlara ölkəni könüllü tərk etmələri ilə bağlı müraciət olunub. Bəziləri isə edilən xəbərdarlığa baxmayaraq Almaniyada qanunsuz şəkildə yaşayıblar. Həmin şəxslərin işləri yerli inzibati məhkəmələrə göndərilib.

Məlumata görə, 2024-cü ilin ilk üç ayında ümumilikdə 71 061 xarici ölkə vətəndaşı Almaniyaya gələrək, sığınacaq üçün müraciət edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 19,3 faiz artım deməkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kremldən Dövlət Departamentinin ittihamına - Cavab
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Rusiya daha bir kəndi nəzarətə götürdü

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Hindistan vətəndaşı Bakıda şri-lankalılara qarşı dələduzluq etdi - VİDEO