Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105871
az

Zelenski Xarkova gedib

20:5509 Aprel, 2024
81
DÜNYA
  • A

Ukrayna prezidenti Vladimir Zelenski hazırda elektrik enerjisi ilə bağlı vəziyyətin çətin olduğu Xarkova gəldiyini bildirib.

 

Oxu24.com  xəbər  verir   ki,Videomüraciət onun Telegram kanalında yayımlanıb.

 

O vurğulayıb ki, səfər zamanı ona enerji obyektlərinin fiziki mühafizəsi, şəbəkələrin bərpası prosesi barədə məlumat verilib.

 

Zelenski qeyd edib ki, hazırda şəhərdə elektrik enerjisi çatışmazlığını azaltmaq üçün lazımi şərait yaradılır.

 

Ukrayna prezidenti vurğulayıb ki, rəsmilər Xarkova və regiona mövcud enerji problemlərinin öhdəsindən gəlməyə kömək etməyə çalışırlar.

 

Bundan əvvəl Zelenski Xarkov vilayətində olub və istehkamların tikintisinin gedişatını qiymətləndirib.

 

Aprelin 6-da Xarkov vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev bildirib ki, Rusiya Silahlı Qüvvələri regionda 34-ə yaxın yaşayış məntəqəsinə nəzarət edir. Onun sözlərinə görə, indi onların dəqiq sayını demək mümkün deyil - ələ keçirilən yaşayış məntəqələrinin çoxu “boz zona” adlanan ərazidədir və orada dinc sakin yoxdur.

 

Bundan əvvəl Zelenski Ukraynanın hərbi əməliyyatları Rusiya Federasiyası ərazisinə keçirməsinə mane olduğunu bildirib.

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb
Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ
Tbilisidə polis kütləvi həbslərə başladı

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA