Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105707
az

Qəzzada baş verən qarşıdurmalarda 4 İsrail əsgəri həlak olub

12:2907 Aprel, 2024
99
DÜNYA
  • A

İsrail ordusu Qəzza zolağının cənubunda baş verən qarşıdurmalarda biri kapitan da daxil olmaqla 4 əsgərinin həlak olduğunu açıqlayıb.
 


Oxu24.com  xəbər  verir   ki, İsrail ordusundan verilən açıqlamaya görə, dünən günorta saatlarında Qəzza zolağının cənubundakı Xan Yunus bölgəsində fələstinli qruplar ilə İsrail əsgərləri arasında qarşıdurma yaşanıb.

 

Qarşıdurmalarda biri kapitan olmaqla 4 İsrail əsgəri həlak olub.

 

İsrail ordusunun Qəzza zolağına hücumları 7 oktyabr 2023-cü il tarixindən bu yana 604 əsgər həlak olub, onlardan 260-ı quru işğalı prosesi zamanı olub.

 

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 500-ü uşaq, 9 min 560-ı qadın olmaqla, 33 min 137 fələstinli həlak olub, 75 min 815 nəfər isə yaralanıb.

 

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə polis kütləvi həbslərə başladı
Moskvada zavod yanır - VİDEO
Netanyahunun kortejinə hücum cəhdi edildi