Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105662
az

Politico: ABŞ İrana xəbərdarlıq edib

23:1006 Aprel, 2024
56
DÜNYA
  • A
ABŞ rəsmiləri İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsini İsrailin atəşə tutmasından sonra gərginliyin artması fonunda Tehandan bölgədəki vəziyyəti gərginləşdirməməyi xahiş edib. “Report” xəbər verir ki, bu barədə “Politico”ya Vaşinqton administrasiyasındakı mənbə məlumat verib. Mənbədən İran Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidinin “ABŞ İrandan Amerika hədəflərinə hücum etməməyi xahiş edib” bəyanatına münasibət bildirmək istənilib. “Bu İran versiyasıdır. Dəməşqə hücumdan sonra İrandan mesaj aldıq. Cavab olaraq biz açıq şəkildə bildirdik ki, bu hücumun arxasında biz deyilik. Biz həmçinin İrana xəbərdarlıq etdik ki, bu zərbəni regionda daha da gərginləşdirmək və ya Amerika obyektlərinə və ya hərbçilərinə hücumlar üçün bəhanə kimi istifadə etməsin”. “CBS News”un öz mənbələrinə istinadən verdiyi məlumata görə, Tehranın cavab hücumu Şahed PUA-ları və qanadlı raketlərdən istifadə edilməklə həyata keçiriləcək. Telekanal hesab edir ki, hücum yaxın günlərdə baş verə bilər. Qeyd olunub ki, vaxt və hədəf məlum deyil, lakin Dəməşqin hücumuna proporsional cavab İsrailin diplomatik obyektinə zərbə endirmək olardı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kremldən Dövlət Departamentinin ittihamına - Cavab
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Rusiya daha bir kəndi nəzarətə götürdü

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA