Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105659
az

Türkiyədəki zəlzələdə dağıntılar altından çıxarılan seyflər açıldı

22:2806 Aprel, 2024
98
DÜNYA
  • A

Türkiyədə 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraş olan zəlzələlərdən sonra dağıntılar altından çıxarılan və bu günə qədər təslim edilməyən 197 polad seyf açılıb.

OXU24.COM xəbər verir ki, bu haqda "Sputnik Türkiye" məlumat yayıb.

Açıqlamada, aşkarlanan 197 seyfdən 119-nun boş olduğu, 57 seyfdə dəyərsiz sənəd və əşyaların, 21 polad seyfdə isə 5 kilo 90 qram qızıl, 21 qızıl sikkənin olduğu bildirilib. Aralarında kulon, 3 ədəd qızılla örtülmüş qol saatı, 2 gümüş bilərzik və 4 cüt gümüş sırğa, 458 min 198 türk lirəsi, 58 min 700 dollar, 404 avro və köhnə sikkələrin tapıldığı əlavə olunub.

Qeyd edilib ki, bəzi seyflərdən 3 ədəd silah və 397 ədəd patron, 38 ədəd tarixi əsər, 960 ədəd reseptli həblərin tapılıb. Açılan seyflərdən çıxan əşya və sənədlər sahiblərinə və ya varislərinə təslim edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da yeni
Bəy gəlini
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Özünü restoranın həyətində asdı