Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105571
az

BMT-nin Baş katibi İsrailin süni intellektdən istifadə etdiyinə dair hesabatlardan narahatdır

19:0405 Aprel, 2024
80
DÜNYA
  • A

BMT-nin baş katibi Antonio Quterreş İsrail ordusunun Qəzza zolağında hədəfləri müəyyən etmək üçün süni intellektdən istifadə etməsindən narahat olduğunu bildirib.

 

Oxu24.com  xəbər  verir   ki,  bu barədə RİA Novosti məlumat yayıb.

 

Onun fikrincə, bu, çoxlu sayda mülki əhalinin itkisinə səbəb olur.

 

“İsrail ordusunun, xüsusilə əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrində bombardman kampaniyaları zamanı hədəfləri müəyyən etmək üçün bir vasitə kimi süni intellektdən istifadə etməsi və bunun nəticəsində mülki əhalinin yüksək itkiləri ilə nəticələnən xəbərlər məni dərindən narahat edir”, - deyə BMT-nin baş katibi bildirib.

 

Daha əvvəl bildirilmişdi ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında zərbə hədəflərini seçmək üçün süni intellekt (AI) sistemindən istifadə edir.

 

Materiallarda deyilir ki, sistem Fələstinin HƏMAS radikal hərəkatı və digər qruplaşmaların üzvlərinin yaşaya biləcəyi evlərin hərbi koordinatlarını təklif edir, lakin zərbə endirmək qərarı hərbçilərin özü verir.

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür təcrübələr neyron şəbəkələrdən həddən artıq asılılığa gətirib çıxara bilər və operatorlar mülki şəxslərə zərər vurma riskini şüurlu şəkildə qiymətləndirə bilmirlər.

 

Nəşrlərə görə, IDF məlumat bazasında HƏMAS və ya digər qruplaşmalarla əlaqədə şübhəli bilinən 30-40 min vətəndaş haqqında məlumat var.

 

Bundan əvvəl Medvedev Yaxın Şərqdə yüz illik müharibə perspektivini açıqlamışdı.

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moldova idxal olunan qazın qiymətində azalma gözləyir
Kremldən Dövlət Departamentinin ittihamına - Cavab
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir