Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105356
az

Finlandiya Ukraynaya qoşun göndərməyəcək

18:1203 Aprel, 2024
60
DÜNYA
  • A

Finlandiya prezidenti Alexander Stubb Ukraynaya qoşun göndərmək imkanını rədd edib, çünki ölkə Kiyevi başqa yollarla dəstəkləyir.

 

“European Pravda” xəbər verir ki, bu barədə o, Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

 

“Finlandiyanın Ukraynaya qoşun göndərməsi üçün heç bir səbəb yoxdur. Biz Ukraynanı hər cür dəstəkləyirik. Xüsusilə, təhlükəsizlik sazişi və 23 hərbi yardım paketinin imzalanması yolu ilə”, -  deyə   Stubb bildirib.

 

Onun sözlərinə görə, Qərb diqqətini “Ukrayna üçün real olaraq nə edə biləcəyinə” yönəltməlidir.

 

Finlandiya prezidenti vurğulayıb ki, ölkəsi Kiyevə təkcə müdafiə üçün deyil, həm də Rusiya ilə münaqişədə qələbə üçün silah ötürür.

 

Martın 31-də Elina Valtonen gələcəkdə Ukraynaya Qərb qoşunlarının göndərilməsini istisna etməyib və hazırda buna ehtiyac olmadığını qeyd edib.

 

Finlandiya və Baltikyanı ölkələr Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı sözlərini alqışlayıblar. Rəsmilər indi bu addımı müzakirə etməkdən çəkinsələr də, uzunmüddətli perspektivdə bu ideyadan əl çəkə bilməyəcəyini vurğulayırlar. Eyni zamanda, bəzi rəsmilər sözlərin ardınca hərəkətlərin olacağına və Fransanın “ritorik vədlərini” yerinə yetirəcəyinə şübhə edir.

 

Bundan əvvəl Ukrayna və Finlandiya təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əbu-Dabi Moskva ilə əlaqələrə görə təzyiq altındadır
Kolumbiya mayın 2-də İsraillə əlaqələri kəsəcək
Moldova müxalifət partiyasının üzvü Kişinyov hava limanında üç saat saxlanılıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ