Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105298
az

Almaniyada sanksiyaları pozmaqda şübhəli bilinən gəmi saxlanılıb

16:4802 Aprel, 2024
58
DÜNYA
  • A

Almaniya gömrükçüləri Rusiyaya qarşı sanksiyaları pozmaqda şübhəli bilinərək Rostok limanında gəmi saxlayıblar.

 

Oxu24.com   xəbər  verir  ki, Bu barədə “Suddeutsche Zeitung” qəzeti Rostok Limanlar və Dəniz Administrasiyasına istinadən məlumat yayıb.

 

“Gəmidə Avropa İttifaqının sanksiyalarına məruz qalan malların olması səbəbindən gəmi gömrük nəzarətinə götürülüb. Beləliklə, limanı tərk etmək qadağandır”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.

 

Söhbət Marşal adaları bayrağı altında Rusiyadan üzən 193 metrlik yük gəmisindən gedir.

 

Gəmi pərvanələrdə yaranan problem səbəbindən Rostok limanına daxil olub.

 

Gəminin göyərtəsində hansı yükün Almaniya gömrüyündə şübhə doğurduğu açıqlanmır, lakin Stralsunddakı baş gömrük idarəsi Aİ-yə daxil olan istənilən malın nəzarət və yoxlamadan keçirildiyini iddia edir.

 

Bundan əvvəl Hindistan anti-Rusiya sanksiyalarından dəyən ziyandan şikayətlənmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyənin 8 vilayətində əməliyyat keçirildi - Saxlanılanlar var
Ankarada metronu su basdı
Belqorodda dron hücumu təhlükəsi elan edildi

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO