Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105259
az

İsrail həmin qanunu qəbul etdi

22:0701 Aprel, 2024
104
DÜNYA
  • A

İsrail Parlamenti bugünkü iclasda açıq şəkildə “Əl-Cəzirə qanun layihəsi” adlandırılan və “hökumətə İsrailin milli təhlükəsizliyinə zərər vurduğu əsası ilə xarici media qurumlarını bağlamaq səlahiyyəti verən” qanun layihəsini ikinci və üçüncü səsvermədə qəbul edib.

 

Oxu24.com  xəbər  verir  ki, Baş nazir Benyamin Netanyahu X sosial media platformasındakı paylaşımında Əl-Cəzirənin İsrail təhlükəsizliyinə zərər verdiyini, 7 oktyabr hücumlarında fəal iştirak etdiyini və İsrail əsgərlərinə qarşı təxribatçı ifadələr işlətdiyini iddia edib.

 

Kanalın bundan sonra İsraildə yayıma çıxa bilməyəcəyini açıqlayan Netanyahu, "Kanalın fəaliyyətini dayandırmaq üçün yeni qanuna uyğun olaraq dərhal hərəkətə keçmək niyyətindəyəm", deyə  bildirib.

 

Netanyahu İsrailin rabitə naziri Şlomo Karhi və Ofir Katzın rəhbərlik etdiyi Parlament Komissiyası üzvlərinin dəstəklədiyi və parlamentdə bəyənilən qanun layihəsini alqışladığını bildirib.

Netanyahunun uzun müddətdir təsdiqlənməsini istədiyi qanun layihəsinin İsrailin Qəzzaya hücumları zamanı gündəmə gələn “Əl-Cəzirənin İsraildə yayımlarını dayandırmaq” məqsədi ilə təqdim edildiyi bildirilir. Qanun layihəsi Rabitə nazirinə "mətbuat orqanı"nı "milli təhlükəsizliyə zərər verdiyi əsaslarla" yayım platformalarından çıxarmaq, İsraildəki ofislərini bağlamaq, avadanlıqlarını müsadirə etmək və internet saytlarına girişini əngəlləmək səlahiyyəti verir.

Əl-Cəzirə qanun layihəsi

İsrail dövlət televiziyası KAN-ın 20 oktyabr 2023-cü il tarixli xəbərində İsrail hökumətinin “dövlət təhlükəsizliyinə təhdid yaradan” televiziya kanallarının bağlanmasına icazə verən qaydaları təsdiqlədiyi bildirilib və qərara uyğun olaraq, Əl-Cəzirənin İsraildəki ofislərini bağlamaq və onların avadanlıqlarını müsadirə etmək mümkün idi.

İsrail nazirləri mediada "Əl-Cəzirə qanun layihəsi" kimi tanınan qanun layihəsini fevralın 12-də təsdiqləyiblər və parlament də həmin gün birinci oxunuşda qanunun ilk təsdiqini verib.

İsrailin rabitə naziri Şlomo Karhi fevralın 21-də Əl-Cəzirə kanalının yayımının qarşısını almaq üçün lazımi prosedurların tamamlandığını açıqlayıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda əsgər GÜLLƏLƏNDİ
İtaliya silahlarından Rusiyaya atəş açmağa icazə vermədi
Berlin polisi Rusiya bayraqları və Müqəddəs Georgi lentlərindən istifadəni qadağan edib

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ