Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105189
az

Fransa Ukraynanı zirehli transportyorlar və raketlərlə təmin edəcək

13:5031 Mart, 2024
226
DÜNYA
  • A

Fransa özünü Rusiyanın silahlı təcavüzündən müdafiə edən Ukraynanı hava hücumundan müdafiə üçün yüzlərlə zirehli transportyor və raketlə təmin edəcək.

 

Oxu24.com  xəbər  verir  ki, Fransanın müdafiə naziri Sebastien Lecornu şənbə günü, martın 30-da axşam saatlarında “La Tribune” nəşrinə müsahibəsində bildirib.


Nazir qeyd edib ki, VAB zirehli transportyorları qoşunların hərəkətliliyini təmin etmək üçün həyati əhəmiyyət kəsb edir.

 

“2024-cü ildə və 2025-ci ilin əvvəlində yüzlərlə belə zirehli transportyoru təhvil verəcəyik”, o əlavə edib.

 

Fransa hazırda çoxunun yaşı 40-dan yuxarı olan VAB zirehli transportyorlarından ibarət donanmasını müasir Qriffon zirehli transportyorları ilə əvəz edir. "Ancaq köhnə modellər hələ də istifadə edilə bilər",-deyə  Lecornu bildirib.

 

Bundan əlavə, Paris Kiyevə SAMP/T hava hücumundan müdafiə sistemləri üçün Aster-30 raketlərinin yeni partiyasını verəcək.

Ukrayna müttəfiqlərinə dəfələrlə xəbərdarlıq edib ki, təcili olaraq əlavə maliyyə və hərbi yardıma ehtiyacı var.

 

Hazırda Vaşinqtonda Ukraynaya 60 milyard dollarlıq yeni hərbi yardım paketinin qarşısı alınıb. Müxalif Respublikaçılar bu il yüksək hökumət postuna yenidən seçilmək istəyən keçmiş ABŞ prezidenti Donald Trampın göstərişi ilə buna mane olurlar.

 

Fransa keçmişdə Almaniyaya nisbətən Ukraynaya çox az hərbi yardım göstərdiyinə görə tez-tez tənqid olunurdu.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əbu-Dabi Moskva ilə əlaqələrə görə təzyiq altındadır
Kolumbiya mayın 2-də İsraillə əlaqələri kəsəcək
Moldova müxalifət partiyasının üzvü Kişinyov hava limanında üç saat saxlanılıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ