Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104952
az

Finlandiyada limanların işini dayandıran tətilin müddəti uzadılıb

16:1027 Mart, 2024
80
DÜNYA
  • A

Finlandiyada həmkarlar ittifaqları ölkədə martın 11-də başlayan tətillərin müddətinin uzadıldığını elan ediblər.

 

Oxu24.com  xəbər verir ki, əvvəlcə iki həftəlik müddətdən danışılsa da, onların aprelin 7-8-də dayanacağı gözlənilir.

 

Əmək qanunlarına edilən dəyişikliklərə etirazlar Finlandiyada liman əməliyyatlarını dayandırıb və bu, bir neçə iri ağac emalı zavodunun bağlanmasına səbəb olub.

 

Finlandiyanın ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsi həmkarlar ittifaqı aksiyalarının davam edəcəyi təqdirdə yanacaq çatışmazlığı riski barədə xəbərdarlıq edib.

 

Bundan əvvəl Yle, avtobus marşrutlarına xidmət göstərən Koiviston Auto nəqliyyat şirkətinin rəhbəri Harri Saarenpää-yə istinadla bildirmişdi ki, həmkarlar ittifaqı tətili nəticəsində yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığı səbəbindən Finlandiyanın bir sıra regionlarında avtobusların fəaliyyəti dayandırıla bilər.

 

Finlandiyada tətil Nazirlər Kabinetinin işdən çıxarılmaların sadələşdirilməsi, tətillərə qadağa qoyulması və daha çox şeyi nəzərdə tutan islahatları səbəbindən başlayıb. Aksiyalarda bir sıra assosiasiyalar, o cümlədən nəqliyyat işçilərinin həmkarlar ittifaqı və elektrik işçiləri həmkarlar ittifaqı iştirak edir. Hazırda tətillərdən Finlandiya iqtisadiyyatına dəyən zərər artıq təxminən 1 milyard avroya çatıb.

 

Bundan əvvəl Berlin hava limanı həmkarlar ittifaqı tətilinə görə bütün reysləri ləğv etmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı
Ukraynaya göndərməyə
İraqda qaz yatağı dronla vuruldu, ölənlər var

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO