Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104926
az

ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı mövqeyi Baydenin uğursuzluğu adlandırıb

19:5726 Mart, 2024
83
DÜNYA
  • A

Arkanzas ştatından respublikaçı senator Tom Kotton Birləşmiş Ştatların Qəzza zolağında atəşkəs elan edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnaməsinə səsvermədə bitərəf qalmaq qərarını pisləyib.

 

Oxu24.com  xəbər  verir  ki,müvafiq nəşr onun X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yer alıb.

 

"Bayden administrasiyasının BMT-də atəşkəs səsverməsindən bitərəf qalması dərin təhqiredici və strateji cəhətdən axmaqdır" deyə yazıda deyilir.

 

Onun sözlərinə görə, "bu, Co Baydenin uğursuz rəhbərliyinin daha bir nümunəsidir."

 

Martın 25-də BMT Təhlükəsizlik Şurası Ramazan ayı ərzində Qəzza zolağında dərhal atəşkəsə çağıran qətnamə qəbul edib.

 

Sənədə səsvermədə yalnız ABŞ bitərəf qalıb. Qalan 14 ölkə, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, Çin, Fransa və Böyük Britaniya lehinə idi.

 

Daha sonra məlum olub ki, BMT Təhlükəsizlik Şurası Qəzza ilə bağlı qətnamə qəbul etdikdən sonra İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfər etməkdən imtina edib.

 

Bundan əvvəl BMT Qəzza ilə bağlı qəbul edilmiş qətnaməni məcburi adlandırmışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib
Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü