Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104852
az

İspaniyada Telegram-ın bloklanması qərarı  ləğv edilib

18:1625 Mart, 2024
117
DÜNYA
  • A

İspaniya məhkəməsi servisdə pirat məzmunun yayılması ilə bağlı aparılan araşdırma çərçivəsində Telegram messencerinin ölkədə bloklanması ilə bağlı əvvəllər verdiyi qərarı dayandırıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Bloomberg məlumat yayıb.

 

25 mart 2024-cü il tarixində açıqlanan məhkəmə bəyanatına görə, İspaniya Milli Məhkəməsinin hakimi Santiaqo Pedras polisdən proqram və onun bloklanmasının istifadəçilərə necə təsir edəcəyi barədə hesabat hazırlamağı xahiş edib.

 

Pedraz daha əvvəl pirat məzmunun bir çox kanalda paylaşılması halları ilə bağlı araşdırmanın bir hissəsi olaraq bazar ertəsi günündən başlayaraq Telegram-ı altı aya qədər bloklamaq barədə göstəriş vermişdi. İş materiallarına görə, istintaq şirkətin özünə qarşı deyil, ayrı-ayrı kanal sahiblərinə qarşı yönəlib.

 

Telegram-ın təxminən 900 milyon aktiv istifadəçisi var və dünyanın ən populyar mesajlaşma proqramlarından biridir. Onun sahibi Pavel Durov xidmətin məzmununu yüngülcə moderator edir və bu, messencerdən tez-tez cinayətkar fəaliyyət və ekstremist materialların yayılması üçün istifadə edilməsi ilə bağlı ittihamlara səbəb olub.

 

Telegram Bloomberg-in İspaniyadakı bloklanma vəziyyəti ilə bağlı şərh vermək istəyinə cavab verməyib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayden Trampı altı yaşlı uşaqla müqayisə edib
Ermənistan öz təkliflərini Türkiyəyə çatdıracaq
“Metal Corrosion” konsertində 40 nəfər saxlanılıb

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü