Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104802
az

İlham Əliyev Putinə zəng etdi

15:5524 Mart, 2024
119
DÜNYA
  • A

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verib, bütün yaralananların tezliklə sağalmasını arzulayıb:

“Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu dəhşətli terror aktını qətiyyətlə pislədiyini bildirərək ölkəmizin və xalqımızın bu ağır saatlarda Rusiyanın və Rusiya xalqının yanında olduğunu qeyd edib.

Rusiya Prezidenti başsağlığına və göstərilən həmrəyliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları gələcəkdə də terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin davam etdiriləcəyini vurğulayıblar”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib
Tailandın xarici işlər naziri Parnpre istefa verib
Ukrayna Rusiyaya hücum etdi: Ölənlər var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü