Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104687
az

Putin Təhlükəsizlik Şurası ilə neonasizm ideyalarının yayılmasına qarşı mübarizəni müzakirə edib

16:4922 Mart, 2024
63
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclasda neonasizm ideyalarının yayılmasına qarşı mübarizənin müzakirəsini təklif edib.

 

Oxu24.com   xəbər  verir ki, bu barədə TASS məlumat yayıb.

 

“Birinci sual olaraq, biz bu gün neonasist ideyalarının yayılmasına qarşı mübarizə tədbirlərini nəzərdən keçirəcəyik. Mən təfərrüatlara varmayacağam. Gəlin işə başlayaq”, - deyə dövlət başçısı bildirib.

 

Putin qeyd edib ki, Təhlükəsizlik Şurasının bütün üzvləri bugünkü hadisələr kontekstində neonasist ideologiyasının yayılmasına qarşı mübarizənin nə qədər vacib olduğunu bilirlər.

 

Martın 20-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova idmançıları Rusiyada keçiriləcək Dostluq Oyunlarında iştirakdan imtina etməyə çağıran Beynəlxalq Olimpiya Komitəsini (BOK) tənqid edib.

 

Bundan əlavə, o, təşkilatı irqçilik və neonasizmdə ittiham edib.

 

Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirmişdi ki, Rusiya Federasiyası Ukraynada nasist ideologiyasının böyüməsinin qarşısını almağı vacib hesab edir.

 

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı