Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104653
az

Böyük Britaniya Ukraynada  döyüşmək planlarını rədd etdi

21:0520 Mart, 2024
122
DÜNYA
  • A

Böyük Britaniyanın baş naziri Rişi Sunakın sözçüsü bildirib ki, ölkənin “Ukrayna Silahlı Qüvvələri ilə çiyin-çiyinə döyüşmək” üçün Ukraynaya qoşun göndərmək planı yoxdur.

 

Oxu24.com  xəbər  verir  ki, onun sözlərini TASS sitat gətirir.

 

O, bu cür planları rədd edərək izah etdi ki, Britaniya hakimiyyəti Fransa prezidenti Emmanuel Makronun bəyanatları fonunda öz ordusunu Ukraynaya “tam yerləşdirmə” üçün göndərmək imkanını dərhal istisna edir.

 

Bununla belə, Sunakın nümayəndəsi əlavə edib ki, London Fransadan Ukraynaya yardımı alqışlayır.

 

Bundan əvvəl Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles Britaniya hərbçilərinin Ukraynaya göndərilməli olacağını istisna etməyib. O, həmçinin müdafiə xərclərinin minimum səviyyəsini ÜDM-in üç faizi səviyyəsində təyin etməyə çağırıb.

 

Krallığın Müdafiə Nazirliyinin hazırkı rəhbəri Qrant Şapps Yəməndəki hərbi əməliyyatlardan sonra xərclərin artması və Ukraynaya davam edən yardım səbəbindən parlamentdən daha 3,2 milyard funt-sterlinq istəyib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Metal Corrosion” konsertində 40 nəfər saxlanılıb
Ekspert ABŞ-ın “yeni qiyamət təyyarəsi”nin özəlliyini açıqlayıb
Bayden ABŞ-da mümkün TikTok qadağasının nəticələri barədə xəbərdarlıq edib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü