Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104620
az

14 min fələstinli uşaq həyatını itirib

20:0419 Mart, 2024
125
  • A

Qəzza hökumətinin Media Ofisindən  İsrailin 165 gündür Qəzzada həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

 

Oxu24.com xəbər  verir  ki, açıqlamaya görə, İsrail ordusu oktyabrın 7-dən bu yana Qəzza zolağında 2807 qırğın törədib.

 

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 14 min uşaq və 9 min 220 qadın həyatını itirib.

 

Açıqlamada 7 min nəfərin dağıntılar altında qaldığı və ya itkin düşdüyü bildirilmiş, xəstəxanalara çatan ölənlərin sayının 31 min 819, yaralıların isə 73 min 934 olduğu bildirilib.

 


Qəzzada İsrailin hücumlarına məruz qalanların 72 faizinin qadın və uşaqlar olduğu vurğulanıb.

 

İsrailin xalqı ac-susuz qalmağa məcbur etdiyi, humanitar yardımların ölkəyə girməsinə mane olaraq humanitar fəlakətə səbəb olduğu Qəzzada 27 uşaq qida çatışmazlığı və susuzluqdan həyatını itirib.

İsrail on minlərlə ton partlayıcıdan istifadə edib

İsrail ordusunun oktyabrın 7-dən etibarən Qəzzaya 70 min tondan çox partlayıcı ilə hücum etdiyi vurğulanıb.

Açıqlamaya görə, İsrailin səhiyyə sektorunu da hədəf alan hücumları nəticəsində Qəzzada 364 səhiyyə işçisi və 48 mülki müdafiə əməkdaşı həyatını itirib.

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 135 jurnalistin öldüyü qeyd edilib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya zirehli texnikası Yalamada – VİDEO
Lavrov dünyanın bütün problemlərinin səbəbini AÇIQLADI
Rusiya bu ölkəyə hərbi texnika göndərdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü