Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104597
az

Politoloq Rusiyanın ABŞ-la silahlara nəzarət üzrə dialoqla bağlı mövqeyini izah edib

17:4619 Mart, 2024
65
DÜNYA
  • A

Politoloq Vladimir Kornilov “Vzqlyad” qəzetinə müsahibəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin ABŞ-la silahlara nəzarət üzrə dialoq üçün əsasın olmaması ilə bağlı bəyanatını şərh edib.

 

Oxu24.com  xəbər  verir  ki, Ekspert xatırladıb ki, Moskva dəfələrlə bütün oyunçuların maraqlarını nəzərə alaraq, strateji sabitlik məsələlərini müzakirə etməyə hazır olduğunu vurğulayıb. Lakin onun sözlərinə görə, Vaşinqton belə söhbətə hazır deyil.

 

“Rusiyanın dialoqa hazır olması üçün rəqibin bizi eşitmək niyyətində olduğunu başa düşməliyik. Moskvanın təklifləri ilə hipotetik şəkildə razılaşmaq iqtidarında olmayan dövlətlə belə mürəkkəb şeylər haqqında danışmaq mənasızdır”, - Kornilov bildirib.

 

O, həmçinin qeyd edib ki, Vaşinqton eyni vaxtda Moskva ilə silahlara nəzarət üzrə dialoq aparmağa hazır olduğunu bəyan edir və Kiyevi Rusiyaya təzyiq aləti kimi görməkdə davam edir.

 

Martın 19-da Polyanski deyib ki, Moskva və Vaşinqton arasında nüvə-raket silahlarına nəzarət üzrə yeni razılaşmalar əsasında strateji dialoq yalnız ABŞ və NATO-nun anti-Rusiya kursuna köklü şəkildə yenidən baxıldıqdan sonra mümkündür.

 

Diplomat vurğulayıb ki, Rusiya ilə ABŞ arasında silahlara nəzarətlə bağlı təmaslar ümumi hərbi-siyasi kontekstdən təcrid oluna bilməz.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi ABŞ-dan strateji sabitliyə dair görüşlə bağlı heç bir təklif almadığını bəyan etmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Metal Corrosion” konsertində 40 nəfər saxlanılıb
Ekspert ABŞ-ın “yeni qiyamət təyyarəsi”nin özəlliyini açıqlayıb
Bayden ABŞ-da mümkün TikTok qadağasının nəticələri barədə xəbərdarlıq edib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü