Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104555
az

BMT-nin baş katibi Qəzza zolağında fəlakətli aclıq barədə xəbərdarlıq edib

19:4618 Mart, 2024
80
DÜNYA
  • A

BMT-nin Baş katibi Antonio Quterres Qəzza zolağında ən azı 1,1 milyon insanın ərzaq ehtiyatlarının tükəndiyini və fəlakətli aclıq təhlükəsi ilə üzləşdiyini bildirib.

 

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  TASS məlumat yayıb.

 

“Qəzzadakı bütün fələstinlilərin yarısından çoxu, yəni 1,1 milyon insan qida ehtiyatlarını tamamilə tükəndirib və fəlakətli aclıq təhlükəsi ilə üzləşib”,=deyə  o  bildirib.

 

Onun sözlərinə görə, “Qəzzada fələstinlilər dəhşətli qəzəb və iztirab yaşayırlar”.

 

“İsrail hakimiyyətini Qəzzaya humanitar yardımların tam və maneəsiz çatdırılmasını təmin etməyə çağırıram”, - Quterreş bildirib.

 

O əlavə edib ki, beynəlxalq ictimaiyyət humanitar səylərə hərtərəfli dəstək verməlidir.

 

Bundan əvvəl BMT həmçinin bildirmişdi ki, hərbi əməliyyatlar dayandırılmasa və humanitar yardıma daha geniş çıxış təmin olunmasa, Qəzza zolağının şimalında aclıq qaçılmaz olacaq.

 

BMT-nin hesabatında deyilir ki, Qəzza zolağında kəskin ərzaq qıtlığı "dərinləşib və genişlənib".

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əbu-Dabi Moskva ilə əlaqələrə görə təzyiq altındadır
Kolumbiya mayın 2-də İsraillə əlaqələri kəsəcək
Moldova müxalifət partiyasının üzvü Kişinyov hava limanında üç saat saxlanılıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ