Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104517
az

İcmadan sərt bəyanat: AP-nin saxtakar deputatları...

19:2917 Mart, 2024
95
DÜNYA
  • A

Avropa Parlamentinin bir qrup korrupsioner və irqçi deputatı mədəni irsin qorunması bəhanəsi ilə Azərbaycana şər atmış və onun daxili işlərinə qarışmağa cəhd etmişdir.

Parlamentarilər öz müraciətlərində bütün xalqların irsini ehtiva edən "ümumdünya mədəni irsi" universal ifadələrdən deyil, dini xətlər üzrə ayırıcı ifadələrdən istifadə etmiş və müstəsna olaraq, erməni irsindən danışmışdır.

OXU24.COM  xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
 

"Hamıya məlumdur ki, Ermənistan öz ərazisində və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində azərbaycanlılara məxsus mədəni irsi sistematik və kütləvi şəkildə dağıtmışdır. Ermənistan ərazisində 300 məscid, yüzlərlə məzarlıq, çoxsaylı digər mədəni abidə yer üzündən silinmişdir. Ermənistan oradakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi məqsədi ilə UNESCO missiyasının səfərinə imkan vermir.

Avropa Parlamentinin saxtakar deputatları Azərbaycana qara yaxmaq və dini əsaslarda nifaq yaratmaq əvəzinə, UNESCO missiyasının Ermənistana səfərinin həyata keçirilməsi, oradakı Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün səylər göstərməli və ən əsası,Ermənistandan qovulmuş 300 min Qərbi azərbaycanlının öz yurdlarına qayıtmasına dəstək verməlidir", - bəyanatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı