Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104472
az

Vanqanın kəhanəti: Slavyan dövləti, Yaşıl hökmdar...

18:3216 Mart, 2024
111
DÜNYA
  • A

Yox, yox, Amerika bizə kömək etməyəcək. Rusiya bizi yenidən xilas edəcək.

OXU24.COM xəbər verir ki, bu sözlər dünyaca məşhur görücü Vanqanın kasetə yazdığı son proqnozların stenoqramındandır.

Bolqar kahinin səs yazısında bəzi məqamlar ekspertlərin və Rusiya mətbuatının diqqətini çəkib:

"Söhbət 90-cı illərdən gedir, Vanqa Rusiyanın 60 ildən sonra "böyüklüyə nail olacağına" inanırdı. O, əmin idi ki, bu vaxta qədər ABŞ Rusiyanın üstünlüyünü tanıyacaq. Bundan əlavə, o hesab edirdi ki, Bolqarıstan NATO-ya daxil olmamalıdır. Onun ölkəsi NATO-ya üzv olanda Vanqa buna etiraz edərək, yerindən sıçrayıb masaya çırpıb və "yox, yox" deyə qışqırmağa başlayıb. "Bu barədə onun qohumları öz xatirələrini bölüşüb" deyə, proqnozu şərh edən "Prufu.ru" öz saytında belə qeyd edir.

Həmçinin, vurğulanır ki, 1996-cı ildə ölümündən əvvəl Vanqa Moskvaya getməyə can atırdı. Qohumlar onun getməsini təşkil etməyə cəhd etsələr də, bu, baş tutmadı. Yaxınları hesab edir ki, görücü Moskvada nəsə demək istəyib, lakin klinikada öldüyü üçün vaxt tapmayıb".

Vanqanın Ukrayna ilə bağlı öngörüsü də diqqət çəkib:
 

"Qardaş qardaşa qarşı vuruşacaq, əvvəlcə çoxlu qan olacaq. Qara dəniz dövləti 21-ci əsrdə xaosa qərq olacaq. Bir-birilərini öldürəcəklər. 23 il dayanan şey bir anda toza dönəcək. Sonra yaşıl hökmdar gələcək - şən, hamının xoşuna gələcək, amma xalqı az qala köləliyə aparacaq. Dəhşətli işlər görəcək, vətəni parçalayacaq, xalqı parçalayacaq".

"Vanqa 2027-ci ilə qədər görünməmiş böyüklükdə Slavyan dövlətinin formalaşacağına inanırdı. O, səkkizinci dövlətin yaranacığını və planetdə yekun sülhə imza atılacağını proqnoz edib. Onun kimdən danışdığını və 8 rəqəminin nə demək olduğunu hələ də anlamaq mümkün olmayıb", - deyə sayt qeyd edir.

Bildirilir ki, Vanqa Rusiyanın taleyi barədə müammalı açıqlamalar verib:

"Ömrünün son günlərində Rusiyanın gələcəyi ilə bağlı soruşduqda o, virtual dairə çəkdi. Bunun dəqiq nə demək olduğunu hələ heç kim başa düşməyib".

Xatırladaq ki, Vanqa 2022-ci ildən 2024-cü ilə qədər olan dövrün dəyişiklik və fərqli dünya nizamının formalaşması dövrü olacağına inanırdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı
Ukraynaya göndərməyə
İraqda qaz yatağı dronla vuruldu, ölənlər var

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO