Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104381
az

Stoltenberq: Rusiya gəmiləri NATO raketləri ilə məhv edilir

19:2714 Mart, 2024
71
DÜNYA
  • A

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna NATO-ya üzv ölkələrin təchiz etdiyi raketlərlə Rusiyanın Qara dəniz donanmasının gəmilərinə hücum edib.

 

Oxu24.com  xəbər  verir  ki, Onun sözlərinə görə, alyans Qara dənizdə strateji üstünlüyə nail olmaq üçün Ukrayna və Gürcüstanla əməkdaşlığı genişləndirmək niyyətindədir.


Məlumata  görə, Rusiya hərbi gəmilərinə hücumlarda “Scalp” və “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərdən istifadə edilib.

 

Birinciləri Kiyevə Fransa, ikinciləri isə Böyük Britaniya tədarük edirmiş.

 

“Ukraynanın böyük qələbələrindən biri odur ki, o, Rusiyanın Qara dəniz donanmasını sıxışdırıb və Odessadan Bosfora dəhliz aça bildi. Bu məqsədə çatmaqda mühüm rol oynayan bəzi sistemlər və raketlər NATO müttəfiqləri tərəfindən təchiz edilib”, - “Kommersant” Stoltenberqdən sitat gətirir.

 

Stoltenberq vurğulayıb ki, Ukrayna qüvvələrinin Rusiya donanmasının məhv edilməsində əldə etdiyi uğur “Ukraynaya raket tədarükünün artırılmasının vacibliyini təsdiqləyir”.

 

Bununla belə, o, Qara dəniz donanmasına zərbə endirərkən kimin kəşfiyyat və hədəf təyinatını həyata keçirdiyini dəqiqləşdirməyib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktrisa ana olduqdan sonra yaşadıqlarını danışdı - FOTO
ABŞ-da yeni
Paşinyan: Mümkün qədər tez...

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı