Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104335
az

İsrail İordan çayının qərb sahilində 10 fələstinlini həbs edib

19:2413 Mart, 2024
75
DÜNYA
  • A

Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin birgə bəyanatında İsrail qüvvələrinin İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.

 

Oxu24.com  xəbər  verir  ki, İsrail qüvvələrinin dünəndən etibarən işğal altındakı Qərb Şəriyənin Tubas, Ramallah, Cenin və Hebron şəhərlərində biri qadın olmaqla 10 fələstinlini nəzarətə götürdüyü bildirilib.

 

Həbs edilən fələstinlilərin sayı 7 min 565-ə yüksəlib.

 

Açıqlamada, 7 oktyabr 2023-cü il tarixindən etibarən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrail tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 7 min 565-ə yüksəldiyi bildirilib.

 

İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şimali Koreya demilitarizasiya zonasındakı yolu minalayıb
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Mal-qara oğurlayanlar tutuldu