Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104224
az

İsveçin baş naziri Avropanı güclü NATO müdafiəsi qurmağa çağırıb

20:5211 Mart, 2024
265
DÜNYA
  • A

Avropa təkcə ABŞ-ın hərbi mövcudluğuna güvənməkdənsə, özünü güclü NATO müdafiəsi qurmalıdır.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson Politico-ya müsahibəsində bildirib.

 

“Avropa NATO ölkələri kifayət qədər güclü müdafiə yaratmalıdırlar və təkcə Birləşmiş Ştatların güclü müdafiə təmin edəcəyinə və bunun əvəzini ödəyəcəyinə ümid etməməlidirlər”, - deyə siyasətçi bildirib.

 

O, həmçinin vurğulayıb ki, Stokholm və bütün Avropa ölkələri iqtisadiyyatın strateji sektorlarında Çindən asılılığı azaltmalıdır.

 

Bundan əvvəl NATO-nun Brüsseldəki mənzil-qərargahında krallığın hərbi bloka daxil olması şərəfinə keçirilən mərasimdə İsveç bayrağı qaldırılıb.

 

Tədbir zamanı həmçinin NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransı keçirib.

 

O qeyd edib ki, Şimali Atlantika Alyansı öz ərazilərində nüvə silahı yerləşdirən NATO ölkələrinin sayını İsveçin hesabına artırmağı planlaşdırmır.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı