Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104110
az

“Konqres təsdiq etsə, “TikTok”a qadağanı imzalayacağam” – Bayden

14:2009 Mart, 2024
166
DÜNYA
  • A

ABŞ Prezidenti Co Bayden Konqres tərəfindən təsdiqlənəcəyi təqdirdə ölkədə “TikTok” sosial şəbəkəsinə qadağa tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini imzalayacağını bildirib.

Ağ Evin mətbuat xidməti xəbər verir ki, bu barədə o, jurnalistlərə müsahibəsində bildirib.

“Əgər qəbul edilsə, mən onu imzalayacağam”, - Amerika lideri qeyd edib.

Qanun layihəsi bu həftənin əvvəlində Nümayəndələr Palatasının Çin üzrə Seçmə Komitəsinin saytında dərc edilib. Sənəd “TikTok”la “ByteDance” də daxil olmaqla istənilən Çin tərəfindən idarə olunan qurum arasında əlaqələri kəsməyə yönəlib.

Qanun layihəsinin müəllifləri şirkətə sosial şəbəkəni satmaq üçün altı ay vaxt verirlər. Əgər bu baş verməsə, “TikTok”un ABŞ-də yayılmasına, o cümlədən müvafiq tətbiqin şəbəkə platformalarında yerləşdirilməsinə qadağa qoyulacağı gözlənilir.

Sənədin müəllifləri Çin üzrə xüsusi komitənin sədri Mayk Qallaxer (Respublikaçı, Viskonsin ştatı) və onun həmkarı Raca Krişnamurtidir (Demokrat, İllinoys ştatı).

Konqresmenlər eyni tədbirləri gələcəkdə “düşmənlər tərəfindən idarə olunan tətbiqlərə” də şamil etməyi təklif edirlər. Amerika hakimiyyəti adətən İran, Çin, Şimali Koreya və Rusiyanı ABŞ-nin düşmənləri siyahısına salır.

Qeyd edək ki, qanun layihəsi martın 7-də  ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsi tərəfindən təsdiqlənib. Konqresin aşağı palatasının tam olaraq gələn həftə ona baxacağı gözlənilir. Senatın nə vaxt səs verə biləcəyi hələ dəqiqləşdirilməyib.

Xatırladaq ki, qısa videolar yükləməyə imkan verən “TikTok “sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi indi “ByteDance”dir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var