Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103607
az

Avropa Şurasının baş katibi Navalnının ölümünün  araşdırılmasını istəyib

22:5128 Fevral, 2024
102
DÜNYA
  • A

Avropa  Şurası  Navalninin ölümünə diqqət  göstərir.

 

Oxu24.com  xəbər  verir  ki, Avropa Şurasından verilən açıqlamaya görə, baş katib Buriç Strasburqda Navalnının həyat yoldaşı Yuliya Navalnaya ilə görüşüb.

 

Buric Navalnıya həyat yoldaşının ölümü ilə bağlı başsağlığı verib və bildirib  ki, Navalnının ölümünü onun əvvəllər məruz qaldığı insan haqları pozuntularından ayırmaq olmaz.

Bu pozuntular arasında Navalnını zəhərləmək cəhdi və qeyri-insani və ləyaqəti alçaldan rəftarın olduğunu iddia edən Buric, bu vəziyyətə görə Rusiya hakimiyyətini məsuliyyət daşıdığını bildirib.

Buric bəyan edib ki, Rusiya Avropa İnsan Haqları Məhkəməsinin bütün qərarlarına, o cümlədən Navalnı ilə bağlı qərarlara əməl etməlidir.

Avropa Şurasının baş katibi Rusiyadan Navalnının ölümü ilə bağlı effektiv araşdırma aparmağı tələb edib.

Navalnının cəzası və ölümü

Kremlin əleyhdarı olan Aleksey Navalnı zəhərləndiyi iddiası ilə Almaniyanın paytaxtı Berlində müalicə aldıqdan sonra 17 yanvar 2021-ci ildə paytaxt Moskvaya qayıdarkən hava limanında saxlanılaraq həbs edilib.

Rusiya Federal Penitensiar Xidmətinin (FSIN) tələbi ilə 2 fevral 2021-ci il tarixində Moskva Şəhər Məhkəməsində Navalnıya qarşı qaldırılan iş üzrə məhkəmə yekunlaşıb; Navalnının keçmişdə korrupsiya işi nəticəsində verdiyi 3,5 il şərti həbs cəzası məhkəmə nəzarəti şərtlərini yerinə yetirmədiyi üçün həbs cəzasına çevrilib.

Rusiya məhkəməsi 2023-cü ilin avqustunda həbsdə olan Navalnıya ekstremist icma yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Navalnı 2022-ci ilin yanvarında Rusiyada terrorizm və ekstremizmlə əlaqəli şəxslər siyahısına daxil edilib.

FSIN fevralın 16-da məhbus Navalnının həbsxanada öldüyünü və ölümün səbəbinin araşdırılacağını bildirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var