Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103125
az

Türkiyə kəşfiyyatı Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, saxlanılanlar var

14:3020 Fevral, 2024
157
DÜNYA
  • A
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onların suriyaəsilli olduqları qeyd edilib. MİT-in İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casusları da ifşa edilib. Məlumata görə, üç nəfərlik qrupa Ahmet Katie rəhbərlik edirmiş. Onlar Türkiyədən xaricə getmək istəyən qaçqınlara işgəncələr verilməsi haqqında saxta infomasiyalar toplayıb Fransa kəşfiyyatına ötürürmüşlər. Vurğulanıb ki, onlar Fransa kəşfiyyatına bir ildir casusluq edirmişlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Delimitasiya ilə bağlı etiraza erməni deputatlar da qoşuldu - VİDEO
Şimali Koreya demilitarizasiya zonasındakı yolu minalayıb
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda iki motosiklet oğurlandı