Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103032
az

Çin: Rusiya-Ukrayna müharibəsində münaqişə edən tərəflərə silah satmayacağıq

23:5918 Fevral, 2024
128
DÜNYA
  • A

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir Van Yi 60-cı Münhen Təhlükəsizlik Konfransı (MSC 2024) üçün getdiyi Almaniyada ukraynalı həmkarı Dimitro Kuleba ilə görüşüb.

Beynəlxalq vəziyyət necə dəyişsə də, Ukrayna ilə münasibətlərini "normal" şəkildə inkişaf etdirmək istədiklərini ifadə edən Vanq, "Çin münaqişə bölgələrinə və ya münaqişə tərəflərinə öldürücü silah satmayacaq",-deyə   o bildirib.

“Biz böhrandan qazanc əldə etməyə çalışmırıq”

Konfransdakı çıxışında Çinin naziri Çinin Ukrayna böhranını yaradan və onun tərəfi olmayan bir ölkə olmadığını, lakin onun müşahidəçi qalmadığını və böhrandan qazanc əldə etməyə çalışmadığını vurğulayıb.

Çin Ukrayna böhranında neytrallığını vurğulasa da, Pekinin Moskvanı müharibəyə görə qınamaqdan çəkinməsi və bu prosesdə Rusiya ilə strateji tərəfdaşlığını dərinləşdirməsi ABŞ və Qərb ölkələrinin tənqidinə səbəb olur.

ABŞ Çinin Rusiyaya silah və sursat verməyi nəzərdən keçirdiyini iddia edib.

Avropa İttifaqı həmçinin Pekin administrasiyasından Rusiyaya ümumi hərbi və mülki məqsədlər üçün məhsulların ixracına nəzarət etməyi xahiş edib.

Ötən həftə Aİ Komissiyası Rusiyaya ikili təyinatlı məhsullar ixrac etdiyinə görə üç Çin şirkətinə sanksiya tətbiq etməyi təklif etmiş və Macarıstanın əleyhinə səs verməsi ilə bu təklif rədd edilmişdi.

 

Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynaya göndərməyə
İraqda qaz yatağı dronla vuruldu, ölənlər var
Ukraynadan qayıdan Rusiya hərbçiləri 200-dən çox insanı öldürüb, yaxud şikəst ediblər

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO