Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102934
az

Çin Xarici İşlər Nazirliyi Navalnının ölümünü şərh etməyib

15:4317 Fevral, 2024
85
DÜNYA
  • A

Çin Xarici İşlər Nazirliyi Aleksey Navalnının ölümünü şərh etməyib və bunun Rusiya Federasiyasının daxili işi olduğunu bildirib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RİA Novosti AFP-yə istinadən məlumat yayıb.

 

“Bu, Rusiyanın daxili işidir. Mən şərh verməyəcəyəm”, - Çin Xarici İşlər Nazirliyi agentliyin müvafiq sualına cavab verib.

 

Navalnının ölüm xəbərindən sonra ABŞ prezidenti Bayden bildirib ki, hakimiyyət Navalnının ölümü ilə bağlı tədbirlər üçün bir neçə ssenarini nəzərdən keçirəcək.

 

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Aleksey Navalnının ölümünə ABŞ-ın reaksiyası Rusiyanın daxili işlərinə qarışmaq cəhdidir.

 

Daha sonra Rusiyanın Avstriyadakı səfirliyi Aleksey Navalnının ölümündə Rusiya rəhbərliyini ittiham edən Avstriya prezidenti Aleksandr Van der Bellenin bəyanatı ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

 

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb siyasətçilərinin Aleksey Navalnının ölümü ilə bağlı bəyanatlarını “tamamilə quduzluq” adlandırmışdı.

 

Bundan əvvəl Britaniya Navalnının ölümündə Rusiyanı günahlandırmağa çalışmışdı.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
İsrailin müdafiə naziri analoqu olmayan silahın yaradılmasına göstəriş verib
İsrail ordusunun Qəzzada 2 evə hücumu nəticəsində ölən və yaralananlar olub

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı