Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102803
az

ABŞ-da Baydenin vəzifəsindən uzaqlaşdırılmasını tələb etdilər

19:1214 Fevral, 2024
87
DÜNYA
  • A

Qərbi Virciniya ştatının baş prokuroru Patrick Morrisey vitse-prezident Kamala Harrisi ABŞ prezidenti Co Baydenə qarşı Konstitusiyaya edilən 25-ci düzəlişdən istifadə etməyə və onu vəzifəsindən uzaqlaşdırmağa çağırıb.


Oxu24.com  xəbər  verir  ki, sözügedən düzəliş həm də hazırkı prezidentin fiziki imkansızlığına görə vəzifəsindən uzaqlaşdırılmasını nəzərdə tutur.

“Prezident Baydenin idrak qabiliyyətinin azalması amerikalıları ciddi narahat edir, xüsusən də ölkəmiz həm burada, həm də xaricdə böhrandan sonra böhranla üzləşir. Bizə əqli cəhətdən sağlam prezident lazımdır”, - deyə Patrik Morrisi bildirib. Onun sözlərini The Hill nəşri sitat gətirir.

Nəşr qeyd edir ki, prokuror Respublikaçılar Partiyasındandır.

Morrisinin sözlərinə görə, onun çağırışı Co Baydenin məxfi sənədləri qanunsuz saxlaması işini araşdıran xüsusi prokuror Robert Hurun son hesabatından irəli gəlir. Fevralın 8-də xüsusi prokuror prezidentə qarşı cinayət ittihamı irəli sürməyi tövsiyə etdi, çünki qismən andlı iclasçılar onu “yaddaşı zəif olan yaşlı kişi” kimi qəbul edə bilərlər. İş materiallarında qeyd olunur ki, Co Bayden siyasi karyerası və şəxsi həyatının bir çox təfərrüatlarını xatırlamaqda çətinlik çəkib.

Fevralın 12-də vitse-prezident Kamala Harris “The Wall Street Jorunal” qəzetinə müsahibəsində bildirib ki, ehtiyac yaranarsa, ABŞ prezidenti vəzifəsini icra etməyə hazırdır. Eyni zamanda, WSJ mənbələrinə görə, demokratlar qarşıdan gələn prezident seçkilərində Co Baydenin başqa namizədlə əvəzlənməsi ilə bağlı ciddi söhbətlər aparmırlar.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib
Tailandın xarici işlər naziri Parnpre istefa verib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı