Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102591
az

Moskva Tbilisi ilə əlaqələri yaxşılaşdırmaq istəyir

13:5510 Fevral, 2024
106
DÜNYA
  • A

Rusiya diplomatik münasibətlər olmasa belə, “Gürcüstanla əlaqələrin normallaşmasına yardım etməkdə” davam etmək niyyətindədir.

 

Oxu24.com  xəbər  verir  ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Mixail Qaluzin deyib.


“Tiflislə diplomatik münasibətlərə gəlincə, məlum olduğu kimi, onlar 2008-ci ildə Saakaşvili rejiminin təşəbbüsü ilə kəsilib. Təəssüf ki, onların bərpası mümkünlüyü regionda yeni reallıqlarla ziddiyyət təşkil edən siyasi tələblərə tabedir”, - Qaluzin qeyd edib. “Öz tərəfimizdən diplomatik münasibətlərin olmamasına baxmayaraq, biz Gürcüstanla əlaqələrin normallaşmasına kömək etmək niyyətindəyik”.

Qaluzin sözlərinə görə, “Gürcüstan hakimiyyətinin praqmatik xətti sayəsində 2019-cu ildə gürcü radikallarının məlum təxribatı nəticəsində ölkələrimiz arasında münasibətlərdə yaranmış çətin dövr aradan qaldırıldı. Ötən il Gürcüstan vətəndaşlarının Rusiyaya qısamüddətli səfərləri üçün 2000-ci ildən qüvvədə olan viza rejimi ləğv edilib və birbaşa uçuşlar bərpa edilib”.

O, əmin edir ki, “bu addımlar hökumət və Gürcüstan əhalisinin böyük əksəriyyəti tərəfindən müsbət qarşılanıb”.

“Ötən il Rusiyadan Gürcüstana 1,4 milyondan çox qonaq gəlib. Gürcüstan iqtisadiyyatının turizm sektorunun gəlirinin dörddə birini ruslar təmin edir. Rusiya Ticarət və Sənaye Palatasının nəzdində Rusiya-Gürcüstan İşgüzar Şurası yaradılıb və onun beş iclası artıq baş tutub”.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib
Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü