Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102588
az

Almaniya Rusiyanın qalib gələcəyi təqdirdə Ukraynadan milyonlarla qaçqının axınından qorxur

12:5810 Fevral, 2024
110
DÜNYA
  • A

Almaniya federal hökuməti Rusiyanın münaqişədə qalib gələcəyi təqdirdə daha on milyon ukraynalı qaçqının gəlməsini gözləyir.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “Die Welt” təhlükəsizlik qüvvələrinin nümayəndələrinə və proqnozlarla tanış olan parlamentarilərə istinadən yazır.

 

Nəşrin yazdığı kimi, “Ukraynanın potensial dağılması halında Almaniya hökuməti daha on milyona yaxın insanın ölkəni tərk edəcəyinə inanır”.

 

Bu ssenaridə qaçqınların çoxu Qərbi Avropaya gedəcək, Almaniya isə təyinat ölkələrindən biri olacaq.

Eyni zamanda qeyd edilir ki, hökumətin proqnozları Ukraynanın hadisələrin bu cür inkişafının qarşısını almaq üçün hər cür imkana malik olduğunu güman edir, lakin vəziyyət ABŞ-dan yardımın gecikməsi ilə çətinləşir.

Bundan əvvəl Almaniya Daxili İşlər Nazirliyinin dövlət katibi Mahmud Özdəmir müxalifət bloku CDU/CSU (Almaniya Xristian Demokratik İttifaqı və Bavariya Xristian Sosial Birliyi) Bundestaq deputatının sorğusuna cavab olaraq bildirib ki, 2023-cü ildə təxminən 300 min ukraynalı qaçqın olaraq ölkəyə daxil olub.

Bundan əvvəl Almaniya müttəfiqlərini Ukrayna üçün daha çox iş görməyə çağırmışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib
Tailandın xarici işlər naziri Parnpre istefa verib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü