Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102454
az

Ukraynanı silkələyən hadisə: Zelenski onu niyə qovdu? - SENSASSİON DETALLAR

21:3408 Fevral, 2024
129
DÜNYA
  • A

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefasına səbəb onun ABŞ müşavirlərinin yay əks-hücum əməliyyatı keçirməklə bağlı tövsiyələrinə əməl etməkdən imtina etməsi olub.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “Politico” amerikalı hərbi mənbəyə istinadən yazır.

 

Nəşrin yazdığına görə, Zalujnı ilə Pentaqon arasında “hücumun necə həyata keçiriləcəyi ilə bağlı ciddi fikir ayrılıqları olub”.

 

Qeyd olunur ki, ABŞ müdafiə departamenti Ukrayna Silahlı Qüvvələrinin amerikalı qərargah zabitlərinin bunu mümkün hesab etdiyi istiqamətdə “bir güclü irəliləyiş” həyata keçirməsində israr edib.

 

Bununla belə, Ukrayna qoşunları bunun Rusiya ordusunun müxtəlif məntəqələrə əlavə qüvvə göndərməsini çətinləşdirəcəyinə inanaraq bir neçə istiqamətdə hücuma keçib.

 

“Bir neçə həftəlik mübahisədən sonra məlum oldu ki, ukraynalılar Birləşmiş Ştatlardan ümumiyyətlə məsləhət almaq istəmirlər, onlar qərara gəliblər ki, ABŞ ordusunun onlara məsləhət baxımından təklif edəcəyi heç nə yoxdur”, - Politico məqaləsində deyilir.

 

Qəzetin müəllifləri Zalujnının “Rusiya ilə müharibənin dalana dirənib” sözlərini də xatırlayıblar. Politico qeyd edib ki, bu, Ukrayna prezidenti Vladimir Zelenski və onun müşavirlərinin “sərt töhmətinə” səbəb olub.

 

Bundan əvvəl Berlindəki Elm və Siyasət Fondunun tədqiqatçısı, ehtiyatda olan alman polkovniki Volfqanq Rixter Zelenski ilə Zalujnı arasında münaqişənin itirilmiş ərazilər və silahlı qüvvələrin imkanları səbəbindən baş verdiyini irəli sürmüşdü.

Fevralın 8-də Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən azad edildiyini açıqlayıb.

Zelenski general-polkovnik Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edildiyini də açıqlayıb.

Bundan əvvəl Ali Rada xəbərdarlıq etmişdi ki, Zalujninin işdən çıxarılması Ukraynanı parçalayacaq.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib
Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü