Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102373
az

TƏCİLİ! Putinin səfəri təxirə düşdü

20:3607 Fevral, 2024
91
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri  təxirə salınıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Türkiyənin “Hürriyet” qəzetinin jurnalisti Hande Fırat X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

 

Onun sözlərinə görə, buna səbəb “iki ölkədə keçiriləcək seçkilərin qrafiki və məşğulluq” olub.

 

Ötən həftə Putinin fevralın 12-də Türkiyəyə səfər edəcəyi xəbəri yayılmışdı.

 

Yanvarın 29-da Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putinin Türkiyəyə səfəri fevralda planlaşdırılıb.

Bundan əvvəl Ankaradakı diplomatik mənbə bildirib ki, Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralda Türkiyədə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər. Mövcud məlumata görə, iki ölkə liderləri taxıl sazişinin yenilənməsi və regional Yaxın Şərq gündəmini də müzakirə edəcəklər.

Ərdoğan deyib ki, o, Putinlə taxıl dəhlizi ilə bağlı danışıqlara ümid edir. Türkiyə prezidenti ümidvar olduğunu bildirib ki, Ankara Rusiya prezidentindən müsbət cavablar alacaq və yoluna davam edəcək.

 

 Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı