Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102368
az

MAQATE-nin baş direktoru Zaporojye AES-də olub

20:5207 Fevral, 2024
93
DÜNYA
  • A

Rusiya mətbuatı Birləşmiş Millətlər Təşkilatının Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin rus qoşunlarının işğal etdiyi Zaporojye atom elektrik stansiyasına səfəri barədə məlumat yayıb.


Çərşənbə axşamı Qrossi Kiyevə səfər edib və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Qrossi bildirib ki, onun Zaporojye AES-ə gözlənilən səfəri stansiyada son ştatların ixtisarının nəticələrini qiymətləndirmək üçün zəruridir.

Associated Press agentliyinə müsahibəsində Qrossi bildirib ki, belə ixtisarlardan sonra Zaporojye AES-də vəziyyət qeyri-sabit olaraq qalır. O izah etdi ki, əvvəllər ərazidə 12 minə yaxın işçi çalışırdı, indi isə cəmi 2-3 min nəfər qalıb.

O, stansiyadakı vəziyyəti stabil adlandırdı, lakin əlavə etdi ki, “bu, çox, çox incə bir tarazlıqdır”.

“Mən özüm görməliyəm ki, vəziyyət necədir, kadrlar baxımından istər orta, istərsə də uzunmüddətli perspektivlər necədir”, - Qrossi bildirib.

Zaporojye AES 2022-ci ilin martından Rusiya hərbçiləri tərəfindən işğal olunub.

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər
İsrail qırıcıları Hizbullahın hərbi obyektlərinə zərbə endirdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO