Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102367
az

Avropa Məhkəməsi rusiyalı oliqarxın iddiasını  rədd edib

20:3307 Fevral, 2024
79
DÜNYA
  • A

Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Məhkəməsi milyarder Əlişir Usmanovun sanksiya siyahısından çıxarılması ilə bağlı iddiasının rədd edilməsinə qərar verib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə çərşənbə günü, fevralın 7-də məhkəmənin saytında məlumat verilib. Məlumata görə, Aİ Məhkəməsi həmçinin VEB-in rəhbəri və Rusiya Federasiyası baş nazirinin keçmiş müavini İqor Şuvalova qarşı sanksiyaları ləğv etməkdən imtina edib.


2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra Əlişir Usmanov da bir çox digər rusiyalı iş adamları və siyasətçiləri kimi Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Yaponiya, Kanada, Avstraliya və digər ölkələrin sanksiyalarına məruz qalıb. Qərar Usmanovun Rusiya prezidenti Putinlə xüsusilə yaxın əlaqələrinin olması və Ukraynada sabitliyin pozulmasını fəal şəkildə dəstəkləməsi ilə əsaslandırılıb. İş adamı bu iddiaları rədd edərək, israrla qeyd etdi ki, o, yalnız milyardlarla dollarlıq sərvətinə görə siyahıya salınıb.

Bundan əvvəl Hamburqdakı Torpaq Məhkəməsi Amerikanın “Forbes” jurnalının rusiyalı iş adamı Əlişir Usmanov haqqında verdiyi və ona qarşı Qərb sanksiyalarının tətbiqi üçün əsas olmuş bir sıra bəyanatları sübuta yetirilməmiş hesab edib. Müvafiq məhkəmə qərarı yanvarın 19-da çıxarılıb.

Usmanovun müdafiəsi təkid edib ki, rus oliqarxları ilə bağlı məqalədə Usmanov haqqında bir sıra ifadələr həqiqətə uyğun deyil və guya böhtan təşkil edir. Xüsusilə, söhbət anonim ekspertin iddiasından gedirdi ki, Usmanov Putini əhatə edib, biznes problemlərini həll edib. Nəticədə, bu bəyanat Aİ-nin Usmanova qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı əsaslandırmasında demək olar ki, hərfi sitat gətirildi.

Özbəkistanda doğulan Usmanov dünyanın ən zəngin adamlarından biridir. O, Megafon və Metalloinvest şirkətlərinin sahibi olan USM holdinqinin (49%) təsisçisi və əsas səhmdarıdır. O, hazırda Rusiyanın ən varlı iş adamları reytinqində 8-ci yerdədir. Rusiyanın “Forbes” jurnalının məlumatına görə, 2023-cü ildə Usmanovun sərvəti 14,4 milyard dollar (13,3 milyard avro), bir il əvvəl isə 11,5 milyard dollar olub.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ekspert ABŞ-ın “yeni qiyamət təyyarəsi”nin özəlliyini açıqlayıb
Bayden ABŞ-da mümkün TikTok qadağasının nəticələri barədə xəbərdarlıq edib
Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü