Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102240
az

Qasırğa nəticəsində Həştərxan vilayətinin sakinləri işıqsız qalıb

12:5806 Fevral, 2024
93
DÜNYA
  • A

Rusiyanın  Həştərxan vilayətinin 30 mindən çox sakini qasırğa səbəbindən işıqsız qalıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə vilayətin qubernatoru İqor Babuşkin özünün Telegram kanalında məlumat verib.

 

“Rayonun 33 yaşayış məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilişində qəza baş verib. Nəticədə 30 mindən çox Həştərxan sakini elektrik enerjisindən məhrum olub”, - deyə Babuşkin paylaşıb.

 

Onun sözlərinə görə, artıq energetiklər tüğyan edən fəlakətin nəticələrini aradan qaldırmağa başlayıblar. Bütün təcili yardım xidmətləri yüksək hazırlıq vəziyyətindədir. Fövqəladə bərpa işlərinin gecə yarısına qədər başa çatdırılması gözlənilir.

 

Babuşkin əlavə edib ki, bölgəni qasırğa vurub, küləyin sürəti 32 m/s-ə çata bilər. O, rayon sakinlərinə çox zərurət olmadıqca evlərini tərk etməməyi, küçələrdə ağaclardan, reklam konstruksiyalarından və elektrik xətlərindən uzaq durmağı tövsiyə edib.

Bundan əvvəl Omsk vilayətində qasırğa səbəbindən bir neçə federal magistral yol bağlanmışdı.

 Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Braziliyada təbii fəlakət 107 nəfərin həyatına son qoydu
Tramp Baydeni DEBATA ÇAĞIRDI:

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı