Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102105
az

Husilər intiqam almaq üçün tələsirlər

19:2504 Fevral, 2024
92
DÜNYA
  • A

Husilər bir gün əvvəl Yəməndə onlarla hədəfi vuran ABŞ və Britaniyanın zərbələrinə cavab verəcəklərini vəd ediblər.

 

Oxu24.com  xəbər  verir  ki, BBC-nin məlumatına görə, Husi sözçüsü sosial media X hesabında bildirib ki, Böyük Britaniya və ABŞ-ın birgə hücumlarının bu üçüncü raundu onların fələstinlilərə qarşı “mənəvi, dini və humanitar mövqe” öhdəliyini sarsıtmayacaq.


Şənbə günü ABŞ və Britaniya qüvvələri Qırmızı dənizdəki gəmiləri gəmi əleyhinə qanadlı raketlərlə atəşə tutmağa hazırlanan altı Husi raket buraxılış qurğusuna qarşı özünümüdafiə zərbələri endirib. Zərbələr Yəmənin 13 fərqli nöqtəsində 36 hədəfə endirilib. Husilərin məlumatına görə, bir neçə saat ərzində paytaxt Səna və ölkənin digər məskunlaşdığı ərazilərə 48 zərbə endirilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda Husilərin raketlərinin bölgədəki ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri və ticarət gəmiləri üçün dərhal təhlükə yaratdığı qeyd edilib.

“Bu dəqiq zərbələr husilərin qlobal ticarəti və mülki dənizçilərin həyatını təhdid etmək üçün istifadə etdikləri imkanları pozmaq və zəiflətmək üçün nəzərdə tutulub və Husilərin bir sıra qeyri-qanuni, təhlükəli və sabitliyi pozan hərəkətlərinə cavabdır”, - bəyanatda deyilir.

Müşahidəçilərin qeyd etdiyi kimi, Amerikanın husilərin mövqelərinə zərbələri əsas məqsədlərinə çatmır - gəmiçilik şirkətləri, əksər hallarda, hələ də Qırmızı dənizdən yük gəmiləri göndərmək riski daşımırlar.

Husilərlə geniş söhbət edən BBC-nin beynəlxalq redaktoru Ceremi Bouen əmindir ki, ABŞ və Britaniyanın hücumları üsyançıları dayandıra bilməyəcək: “Əksinə, onlar daha çox hücumlarla cavab verməyə çalışacaqlar”.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var