Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102051
az

Finlandiya Rusiya ilə sərhədini açmayıb

22:1903 Fevral, 2024
119
DÜNYA
  • A

Finlandiya hakimiyyəti Rusiya ilə sərhədi açmamaq qərarına gəlib.

 

Oxu24.com xəbər  verir  ki, əvvəlki qərarda fevralın 11-də keçid məntəqəsinin tam şəkildə bərpası nəzərdə tutulurdu.


Finlandiya hökumətinin başçısı Petteri Orponun şənbə günü, fevralın 3-də yerli telekanalı Yle-də bildirdiyi kimi, şərq sərhədində vəziyyət çox ciddi və həyəcanverici olaraq qalır.

 

Onun sözlərinə görə, bunun arxasında məqsədi Finlandiyaya qanunsuz daxil olmaq olan minlərlə insan var.

 

Orpo, bağlı qalacaq sərhədi qeyri-qanuni keçmək cəhdlərinə hazırlıq görməyə çağırıb.

 

2023-cü ilin noyabrında Finlandiya müvafiq sənədləri olmayan miqrant axını fonunda Rusiya ilə quru sərhədini tamamilə bağladı. Helsinki Moskvanı üçüncü ölkə vətəndaşlarını sərhədi keçməyə təhrik etməkdə ittiham edib.

Dekabrın ortalarında iki keçid məntəqəsi fəaliyyətini bərpa etdi, lakin cəmi bir neçə saat sonra yenidən bağlandı. 2024-cü ilin yanvarında Helsinki hakimiyyəti şərq sərhədinin bağlanmasını fevralın 11-dək uzatmaq qərarına gəlib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sərhəddəki vəziyyətə görə “Finlandiyanın məsuliyyəti Rusiyanın üzərinə atmaq cəhdlərini” “rusofobik əhval-ruhiyyəni gücləndirən yöndəmsiz bəhanələr” adlandırıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı