Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102045
az

İordaniya öz hava qüvvələrinin İraqa hücumlarda iştirakını inkar edir

21:4003 Fevral, 2024
99
  • A

İordaniya hərbi təyyarələri İraqdakı hava hücumlarında iştirak etməyib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Petra agentliyi İordaniya Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

 

Jurnalistlərin bildirdiyinə görə, daha əvvəl bəzi KİV-lər İordaniya ordusunun təyyarələrinin İraq ərazisinin atəşə tutulmasında iştirak etdiyi barədə məlumat yayıblar.

 

“İordaniya təyyarələrinin Amerika təyyarələrinin İraqda həyata keçirdiyi əməliyyatlarda iştirakı ilə bağlı KİV-də yayılan xəbərlər həqiqətə uyğun deyil. İordaniya silahlı qüvvələri qardaş İraqın müstəqilliyinə hörmətlə yanaşır”, - mənbə bildirib.

 

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın İraq və Suriyaya hərbi zərbələrindən sonra Yaxın Şərqdə münaqişənin mümkün kəskinləşməsindən ehtiyatlandığını bildirmişdi.

ABŞ silahlı qüvvələri ABŞ-ın İordaniyadakı bazasına pilotsuz təyyarənin hücumuna cavab olaraq fevralın 3-nə keçən gecə İraq və Suriyadakı hədəflərə zərbələr endirib. ABŞ pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara zərbələr endirib.

Bundan əvvəl ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələrə görə BMT Təhlükəsizlik Şurasının təcili iclasının vaxtı məlum olub.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək
Dünyaca məşhur aktyor vəfat etdi
Rusiya zirehli texnikası Yalamada – VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub