Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102022
az

ATƏT-in Bakıdakı missiyasında dava: hesabatlar cırıldı…

17:2903 Fevral, 2024
103
DÜNYA
  • A

ATƏT-in seçkiləri müşahidə missiyasında ciddi qarşıdurma mühiti mövcuddur, davalar, kəskin ittihamlar və təhqirlərlə müşayiət olunan polemikalar yaşanır.

OXU24.COM  xəbər verir ki, bu barədə Axar.az-a daxil olan məlumatda bildirilib.

Qeyd edilib ki, missiyanın tərkibində olan ABŞ nümayəndələri dominantlığı ələ almağa və hamını təzyiq altında saxlamağa çalışırlar. Onlar nəinki uzunmüddətli və qısamüddətli sıravi müşahidəçilərə, hətta missiyanın rəhbərliyinə belə təzyiq göstərir.

Seçkilərlə bağlı missiya üzvlərinin azacıq da olsa pozitiv hesabatları, qeydləri isə dərhal cırılır və atılır.

Məlumdur ki, ATƏT seçkiləri müşahidə missiyalarının fəaliyyətini tənzimləyən daxili qaydalar var. Amma bu qaydalar ayaqlar altına atılır, elə təəssürat yaranır ki, Azərbaycanda bu müşahidə missiyasına başqa "missiya" tapşırılıb.

Redaksiyaya daxil olan məlumatda daha sensasiyalı məqam da var: Bildirilir ki, seçki günü ATƏT müşahidəçilərindən biri ilə polis arasında qarşıdurma mühiti yaratmaq və sonra da bunu "polis ATƏT müşahidəçilərinə işləməyə imkan vermədi, onlara qarşı zorakılıq tətbiq etdi" adı altında hesabata daxil etmək və bunu "dünyaya car çəkmək" planlaşdırılır.

Bundan başqa, missiyanın işinə cəlb olunmuş yerli insanlarla, məsələn tərcüməçilərlə qəddar, təhqiramiz davranış halları var. Tərcüməçilərdən biri bu günlərdə təhqir olunub və alçaldılıb, ona qarşı şiddət tətbiq edilib və o, sarsıntı keçirib. İş o yerə çatıb ki, missiyaya daxil olan bəzi nümayəndələr bunu vicdanlarına sığışdırmayıblar və məsələyə müdaxilə edib onun qarşısını alıblar.

Bəllidir ki, ATƏT missiyasının tərkibində cinsi azlıqların nümayəndələri də var. Bir qrup müşahidəçinin regiona səfəri çərçivəsində kifayət qədər konservativliyi ilə seçilən rayonların birində olduqları zaman cinsi azlıqların nümayəndələri nümayişkəranə şəkildə öz cinsi tələbatlarından irəli gələn hərəkətlər ediblər. Bu isə həmin mənzərəni seyr edən yerli sakinlərin narazılığına səbəb olub.

Maraqlıdır: belə biabırçı ab-havanın hökm sürdüyü bir missiya seçki kimi məsuliyyətli bir prosesi necə adekvat qiymətləndirəcək? Davalar, qarşıdurmalar, etik qaydaların kobud pozulması, daxili qaydalara riayət etməmə, yerli insanlara qarşı alçaldıcı münasibət bir tərəfdən, amerikalılardan ibarət bir qrupun dominantlığı və hamını təzyiq altında saxlaması, əvvəlcədən hazırlanmış ssenari, hesabat, öyrədilmiş müşahidəçilər də digər tərəfdən.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü