Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101988
az

Sanksiyalar fonunda Rusiyanın ehtiyatları artmaqda davam edir

19:4401 Fevral, 2024
149
DÜNYA
  • A

Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 1,1 milyard dollar artaraq yanvarın 26-na olan məlumata görə 587,8 ​​milyard dollara çatıb.

 

Oxu24.com xəbər  verir  ki, Bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının materiallarında deyilir.

 

Hesabata görə, artım aktivlərin müsbət yenidən qiymətləndirilməsi hesabına baş verib.

 

Onun təsiri Mərkəzi Bankın fiskal qayda çərçivəsində xarici valyuta satışı üzrə əməliyyatlarının həcmini üstələyib.

Yanvarın 19-na olan məlumata görə, ehtiyatlar 586,7 milyard dollar həcmində qiymətləndirilir. Beləliklə, həftə ərzində onlar 0,2% artıb. Ümumilikdə, 2023-cü ildə Rusiyanın ehtiyatları 2,9% artaraq 2024-cü il yanvarın 1-nə 598,592 milyard dollar təşkil edib. Tarixi maksimum 643,2 milyard dollar 2022-ci il fevralın 18-də qeydə alınıb.

Ukraynada müharibə  başlayandan sonra Qərb ölkələri Rusiya Federasiyası Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edərək, onun qızıl-valyuta ehtiyatlarının bir hissəsini dondurdu. Rusiya Federasiyasının Avropa İttifaqındakı daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Kirill Logvinov deyir ki, gec-tez Qərbdə dondurulmuş Rusiyanın aktivləri geri qaytarılmalı olacaq.

Avropa Komissiyası dəfələrlə bəyan edib ki, Rusiya Mərkəzi Bankının ehtiyatlarından Ukraynanın ehtiyacları üçün mümkün istifadə imkanlarını öyrənir, lakin hələlik Aİ-də bu cür hərəkətlər üçün qanunvericilik bazası yoxdur. Bundan əlavə, Avropa İttifaqının hüquq xidməti bəyan edib ki, “Rusiya Federasiyasının dondurulmuş aktivlərinin 86%-nin harada yerləşdiyini heç kim bilmir”.

Bundan əvvəl Rusiya bankları 2023-cü ildə rekord gəlir əldə etmişdilər.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
Almaniya Daxili İşlər Nazirliyi ukraynalıları  çağırışdan xilas etməkdən imtina edib
Əl-Cəzirə İsraildəki filialının bağlanmasına münasibət bildirib

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü