Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101865
az

Çin ABŞ hava limanlarında tələbələrinin dindirilməsini pisləyir

10:4729 Yanvar, 2024
89
DÜNYA
  • A

Çinin ABŞ-dakı səfirliyi çinli tələbələrin Amerika hava limanlarında əsassız sorğu-sual edildiyini bildirib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə məlumatı RİA Novosti yayıb.

 

“Son vaxtlar Vaşinqton Dalles Beynəlxalq Hava Limanı vasitəsilə ABŞ-a daxil olan bir çox çinli tələbə sərhəddə hüquq-mühafizə orqanlarının əsassız sorğu-sualları və maneələri ilə üzləşir, bəziləri isə vizaları ləğv olunduğu üçün evlərinə qayıtmağa məcbur olurlar”, - səfirlik bildirib.

Diplomatik nümayəndəlik qeyd edib ki, sorğu-sualdan keçən bütün çinli tələbələrin bütün lazımi sənədləri özləri ilə olub və evdə tətildən sonra və ya üçüncü ölkələrə səyahət edəndən sonra ABŞ-a gedirlər.

Tələbələrin mobil cihazları götürülərək on saata yaxın saxlanılıb.

Bundan əvvəl, Bayden və Si Cinpinq arasında mümkün təmasların yazda hazırlandığı məlum olub.

Bundan əvvəl Çin və ABŞ nümayəndələri iki ölkə arasında dialoqu gücləndirməyə hazır olduqlarını bəyan ediblər.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib
NATO Baş katibi Kiyevdə
Jerar Depardye Parisdə saxlanıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi