Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101864
az

İsrail ABŞ-ın təzyiqi altında BMT nümayəndələrinin Qəzza zolağının şimalına səfərini təsdiqləyib

10:3729 Yanvar, 2024
100
DÜNYA
  • A

ABŞ-ın təzyiqi altında olan İsrail, anklava lazımi humanitar yardımın həcmini qiymətləndirmək üçün BMT nümayəndə heyətinin Qəzzanın şimalına səfərini təsdiqləyib.

 

Oxu24.com xəbər  verir  ki, Bu barədə İsrailin Ynet portalı məlumat yayıb.

 

“Müharibə kabineti bu addımı Vaşinqtonun təzyiqi ilə təsdiqləyib”, - nəşr yazır.

 

Portal qeyd edir ki, BMT nümayəndə heyətinin Qəzza zolağının şimalına nə vaxt səfər edəcəyi barədə hələlik təfərrüatlar yoxdur.

 

Eyni zamanda, nəşrin məlumatına görə, müdafiə naziri Yoav Gallant bir sıra şərtlər irəli sürüb. İsrail tərəfinin fikrincə, BMT nümayəndə heyəti ilk olaraq oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı məhv edilmiş İsrail icmalarına baş çəkməli və ABŞ nümayəndələri bu nümayəndə heyətinin məcburi üzvləri olmalıdır.

Bundan əlavə, Gallant bildirib ki, səfərin təsdiqlənməsi Qəzza sakinlərini anklavın şimalına qaytarmaq niyyətinin olması demək deyil.

Bundan əvvəl Qalant bəyan etmişdi ki, Fələstin-İsrail münaqişəsi yalnız radikal HƏMAS hərəkatının zərərsizləşdirilməsindən sonra başa çata bilər.

Bundan əvvəl Ağ Evdə İsrailə hərbi yardımdan imtina məsələsinin müzakirə edildiyi bildirilirdi.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranda bələdiyyə sədri evində öldürüldü
Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ
Zelenski xalqa SƏSLƏNDİ:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlandı