Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101797
az

ABŞ və Çin ölkələr arasında münaqişənin yolverilməzliyini müzakirə ediblər

18:5227 Yanvar, 2024
88
DÜNYA
  • A

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Çinin xarici işlər naziri Vanq Yiyə bildirib ki, iki ölkə arasında silahlı münaqişə qəbuledilməzdir.

Oxu24.com  xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Sullivan çinli nazirə bildirib ki, ABŞ və Çin arasında rəqabət olduğu üçün hər iki ölkə onun münaqişə və ya qarşıdurmaya çevrilməsinin qarşısını almalıdır.

Tərəflər arasında qlobal və regional məsələlərə toxunulan “səmimi, mənalı və konstruktiv söhbət” aparıldığı vurğulanır. Bundan əlavə, tərəflər Ukrayna böhranı, Yaxın Şərq, Cənubi Çin dənizi, eləcə də KXDR və Myanmadakı vəziyyəti müzakirə ediblər.

Bundan əvvəl Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian bildirmişdi ki, Çin Xalq Respublikasının Xalq Azadlıq Ordusu (AXC) regionda mümkün müharibəyə hazırlaşmağa davam edir.

Bundan əvvəl ABŞ Rusiya və Çinin Amerika peyklərini məhv etmək üçün silah hazırladığını bəyan etmişdi.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı